Tiflisə gedən qatar niyə yolda qalıb? - Rəsmi açıqlama


09.07.2019 10:22
118
Tiflisə gedən qatar niyə yolda qalıb? - Rəsmi açıqlama

Ötən gecə Bakı-Tiflis qatarında yaranmış problemin səbəbi məlum olub.


Ekspress.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:


"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tiflis sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".


QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tiflis sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND