"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb


18.06.2019 09:00
140
"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb

İsrailin "Cellebrite" şirkəti "iPhone" və "iPad"ın əməli olaraq bütün modellərini qırmaq iqtidarında olan nadir proqram yaradıb.


Ekspress.az xəbər verir ki, proqram istehsalçılar tərəfindən hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək üçün yaradılıb.


Onun yaradıcıları iddia edirlər ki, proqram iOS 7-dan iOS 12.3-ə qədər olan əməliyyat sistemləri ilə işləyən "iPhone" və "iPad" qurğularına giriş əldə etməyə imkan verəcək.


Bundan əlavə, indi "Android"lə işləyən qurğular, eləcə də, "Samsung Galaxy" smartfonları da onlar üçün əlçatandır.


Ekspress.az

Açar sözlər: