Türkiyə ilə İran PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB

18.03.2019 16:32
221
Türkiyə ilə İran PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB

Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatı keçirir. 


Ekspress.az xəbər verir ki, bunu Türkiyənin daxli işlər naziri Süleyman Soylu bildirib. 

“Martın 18-də səhər saat 08:00-da (Türkiyə vaxtı ilə) İranla birlikdə şərq sərhədimizdə PKK-ya qarşı birgə əməliyyata başladıq. Nəticələri açıqlayacağıq”, - deyə nazir vurğulayıb. 


Qeyd edək ki, hər iki dövlət belə bir antiterror əməliyyatını ilk dəfədir keçirirlər.

***


“Türkiyə ilə İran sərhədə nəzarət məqsədi ilə birgə əməliyyat keçirəcək”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib.


O, Türkiyə ilə ölkəsi arasındakı sərhədin qorunması məqsədi ilə uğurlu addımlar atıldığını söyləyib: “Türkiyə-İran sərhədində ortaq əməliyyat keçirəcəyik. Bütövlükdə sərhəddə problem yoxdur”.


Qeyd edək ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçu PKK qruplaşmasına qarşı İranla ortaq əməliyyat keçirəcəklərini bildirimişdi.


Ekspress.az

Açar sözlər: