• 18 °C Bakı
  • 15 °C Quba
  • 20 °C Gəncə
  • 18 °C Yevlax
  • 14 °C Naxçıvan

Qeyri-etik hərəkəti Ronaldoya baha başa gələcək - UEFA intizam işi açdı - FOTO

19.03.2019 23:28
89
Qeyri-etik hərəkəti Ronaldoya baha başa gələcək - UEFA intizam işi açdı - FOTO

UEFA "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya qarşı intizam işi açıb.


Ekspress.az "matc.az"a istinadla xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab qarşılaşmasından sonrakı hərəkəti olub.


Belə ki, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atan portuqaliyalı superulduz final fitindən sonra qeyri-etik hərəkətə əl atıb. O, bununla qarşı tərəfin baş məşqçisi Dieqo Simeonenin ilk görüşdəki jestini təkrarlayıb. UEFA İntizam Komitəsi isə Ronaldonun bu davranışına martın 21-də hüquqi qiymət verəcək. Futbolçu ya cərimələnəcək, ya da 1-3 oyun arası diskvalifikasiya ediləcək.


Qeyd edək ki, eyni jestə görə, Simeoneyə 20 min avro cərimə kəsilmişdi.

  • SON XƏBƏR
  • TREND