Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

18.06.2019 09:18
107
Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

Bu gün Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.


Ekspress.az xəbər verir ki, püşkatma qurumun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunacaq və Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Ağdam təmsilçisi təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Mümkün rəqiblər isə "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və "Saburtalo" (Gürcüstan) klublarıdır.


Çempionlar Liqası I təsnifat mərhələsi


I qrup


Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya), "Şkendiya" (Makedoniya), AIK (İsveç)

Səpələnməmişlər: "Suduva" (Litva), "Ferensvaroş" (Macarstan), ÇFR (Kluj, Rumıniya), "Nomme Kalyu" (Estoniya), "Ararat" (Ermənistan)


II qrup


Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Qarabağ" (Azərbaycan), "Şerif" (Moldova), "Düdelanj" (Lüksemburq), "Slovan" (Slovakiya),Səpələnməmişlər: "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan)


III qrup


Səpələnmişlər: BATE (Belarus), "Maribor" (Sloveniya), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), TNS (Uels) (report)

Səpələnməmişlər: "Pyast" (Polşa), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn (Farer adaları), "Riqa" (Latviya), ilkin mərhələnin qalibi

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND