Ərəb şahzadəsi: İranı 8 saata məhv edə bilərik

06.09.2019 10:05
60
Ərəb şahzadəsi: İranı 8 saata məhv edə bilərik

Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri birbaşa hərbi münaqişə olduğu təqdirdə İranı 8 saat ərzində məhv edə bilər.


Ekspress.az xəbər verir ki, bunu Səudiyyə şahzadəsi Abdulla bin Naser əl-Səud bəyan edib.


“Gizli nə varsa – daha qüdrətlidir. Bizim birliyimizin, qətiyətimizin və inkişafımızın qabağlnda heç bir qüvvə dura bilməz”, - şahzadə Twitter səhifəsində belə yazıb.


O, bu ifadələri Ər-Riyadın hərbi qüdrətini əks etdirən yeni analitik hesabatdan götürüb.


Hesabatda həmçinin bildirilir ki, İranın aviasiyası Səudiyyə Ərəbistanı ilə müqaisədə çox zəifdi.


Xatırladaq ki, Səudiyyə Ərəbistanının ordusu hazırda Yəməndə husilərə qarşı hərbi əməliyyatlar keçirir və bir neçə il ərzində tam üstünlüyü əldə edə bilməyib. (oxu)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND