Vilayət Eyvazovdan iki mühüm təyinat


06.09.2019 11:00
1004
Vilayət Eyvazovdan iki mühüm təyinat

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.


Ekspress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub. Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.


Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.


Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND