Qadın tanışını qonaq çağırdı, ardınca “əri” gəlib pul istədi

14.02.2019 16:55
204
Qadın tanışını qonaq çağırdı, ardınca “əri” gəlib pul istədi

Bakı sakini Vüsal Məmmədovu (ad şərtidir) tanış olduğu bir qadın M.Qaşqay küçəsindəki evə qonaq çağırıb. Sonradan həmin evə digər naməlum şəxslər gəlib. Onlardan biri özünü həmin qadının əri, digərləri qohumları kimi təqdim edib, Vüsalı hədələyərək 5000 manat pul verməsini tələb ediblər.


Şantaja və hədə-qorxuya məruz qalan Vüsal Məmmədov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edib.


Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan Həmid Alməmmədov, Aydın Qurbanov, Mais Mirzəyev və Fərid saxlanılaraq məsuiliyyətə cəlb ediliblər.


Bizimyol.info xəbər verir ki fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərin cinayət işi üzrə proses keçirilib (bizimyol.info). Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.


Təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.


Fevralın 27-də davam edəcək prosesdə təqsirləndirilən şəxslər ifadə verəcəklər.


Ekspress.az