Türkiyədə 8 PKK terrorçusu məhv edilib

16.06.2019 13:45
63
Türkiyədə 8 PKK terrorçusu məhv edilib

Türkiyənin güc strukturları ölkənin cənub-şərqində PKK silahlılarına qarşı növbəti antiteror əməliyyatı keçirib.


Bu barədə "Anadolu" agentliyi xəbər verir.


Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şirnakda keçirilən əməliyyat zamanı 8 PKK terrorçusu məhv edilib (report).


Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə dinc sakinlərə, habelə dövlət orqanlarına qarşı silahlı hücumlar, terror aktları təşkil edirlər. ABŞ və Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilat siyahısına daxil edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND