Avtomobil idxalına tətbiq edilən aksiz vergisi artırlacaq

14.11.2018 16:17
552
Avtomobil idxalına tətbiq edilən aksiz vergisi artırlacaq

Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq.Ekspress FED.az-a istinadən xəbər verir ki, bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.


Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsumu tutulur.


Belə ki, avtomobilin gömrükdəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) ƏDV hesablanır. 


Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən asılı olaraq gömrük üsumu tətbiq edilir.


Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən  gətirilən avtomobillər üçün ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.


Gələn ildən isə aksizlər daha da artırılacaq. Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.


bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.


Dəyişikliyə əsasən, 2 litr həcmli mühərriklə təchiz edilən avtomobilin idxalına görə 600 manat (hazırda 400 manat), 2,2 litrli mühərrik üçün 1600 manat (hazırda 1000 manat), 3 litr mühərriklə təchiz edilən avtomobilə görə 5600 manat (hazırda 3400 manat), 5,7 litlik mühərrik üçün 102,6 min manat (hazırda 59,4 min manat) aksiz vergisi hesablanacaq.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND