Azərbaycanın sığorta bazarı 4%-dən çox artıb


07.05.2019 18:38
230
Azərbaycanın sığorta bazarı 4%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 201,2 mln. manat məbləğində sığorta haqları toplanıb, 46.2 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.


Ekspress.az xəbər verir ki, ötən ilin ilk üç ayı ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sığorta haqları 4,2% (8,1 mln manat) artıb.     


Könüllü sığorta bazarı üzrə haqlar 130 mln. manat, ödənişlər isə 29,9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 71,2 mln. manat, ödənişlər isə 16,3 mln. manat olub.


Cari ilin yanvar-mart aylarında sektor üzrə məcmu sığorta haqlarının 64,6%-i könüllü, 35,4%-i isə icbari sığorta növlərinin payına düşüb (ONA). Sığorta ödənişlərinin 64,7%-i könüllü, 35,3%-i icbari sığorta növləri hesabına formalaşıb.


Könüllü sığorta haqlarında artım ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayında tibbi sığorta 19,5% (9,3 mln. manat), icbari sığorta haqlarında isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 54,9% (4,6 mln. manat) artıb.


Ekspress.az

Açar sözlər: