İstidən 23 nəfər öldü, 13 min nəfər xəstəxanalıq oldu


14.08.2019 09:00
85
İstidən 23 nəfər öldü, 13 min nəfər xəstəxanalıq oldu

Yaponiyadakı anomal istilər nəticəsində 23 nəfər həyatını itirib. Bundan başqa 13 min nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Report “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatıö lkənin FHN və təcili yardım xidmətinin funksiyalarını həyata keçirən Yaponiya Yanğından Mühafizə İdarəsi yayıb.

Qeyd olunub ki, təkcə ötən həftə ərzində 12 571 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Ölkə ərazisinin əksər hissələrində üzücü istilər hökm sürür, havanın temperaturu isə 39 dərəcədən yuxarını göstərir. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND