Yaşayış evində yanğın olub

25.03.2019 19:13
114
Yaşayış evində yanğın olub

Biləsuvar rayonunda birmərtəbli 4 otağlı yaşayış evində yanğın olub.


Ekspress.az xəbər verir ki, yanğın hadisəsi şəhərin A.Qasımov küçəsində 1955-ci il təvəllüdlü Bayramova Rahilə Xanəhməd qızına məxsus evdə qeydə alınıb.


Hadisə yerinə Biləsuvar YMH-nin 2 avtomobili cəlb edilib və yanğın söndürülüb.


Yanğın nəticəsində evin bir otağında 3 kvadrat metr sahədə döşəmə yanıb.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND