Ərdoğan meydan oxudu: İrandan neft alacağıq

27.09.2019 16:05
51
Ərdoğan meydan oxudu: İrandan neft alacağıq

Türkiyə ABŞ sanksiyalarına baxmayaraq, İrandan neft və qaz almaqdan imtina etməyə hazırlaşmır.


Ekspress.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“Hazırda biz nə neft, nə də təbii qazla bağlı İranla iqtisadi münasibətlərimizi dayandıra bilərik. Nefti bizim özəl şirkətlərimiz alırdı. Təəssüf ki, indi ABŞ təhdidlərindən ehtiyat edərək almırlar. Lakin biz bu və digər məsələlərdə İranla münasibətlərimizi davam etdirəcəyik”, - Ərdoğan bildirib. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND