Bakı metrosunda sərnişin sıxlığı yaranıb


13.05.2019 09:31
282
Bakı metrosunda sərnişin sıxlığı yaranıb

Bu gün səhər saatlarından etibarən Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilir.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ekspress.az -a bildirib ki, qatarlarda hər hansı nasazlıq baş verməyib, sadəcə sərnişin sayı adi günlərlə müqayisədə bir qədər çoxdur.


B.Məmmədov, həmçinin qeyd edib ki, sərnişinlərin vaqonların qapısını saxlaması nəticəsində qatarların hərəkətində müəyyən qədər ləngimə olur (azvision).


Ekspress.az