• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Nurməhəmmədov Makqreqora qalib gəldi - VİDEO

07.10.2018 09:29
75
Nurməhəmmədov Makqreqora qalib gəldi - VİDEO

Mütləq Döyüş Çempionatının (UFC) Las-Veqasda keçirilən 229-cu turnirində tanınmış döyüşçülər Həbib Nurməhəmmədov və Konor Makreqor üz-üzə gəlib.


Döyüş ümumilikdə Rusiyanı təmsil edən idmançı Həbib Nurməhəmmədovun üstünlüyü şəraitində keçib.


O, dördüncü raundda irlandiyalı rəqibi Konor Makreqoru boğucu fəndə salaraq məğlub edib.


Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.


Döyüşdən sonra Həbib Nurməhəmmədovla Makreqorun komandası arasında dava düşüb ("modern.az"). Mühafizəçilərin müdaxiləsindən sonra onları bir-birindən aralamaq mümkün olub.


Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.


Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND