Səhv namizədə səs verən seçici barmağını kəsdi

19.04.2019 19:55
629
Səhv namizədə səs verən seçici barmağını kəsdi

Hindistanda davam edən seçkilər prosesində səhvən digər namizədə səs verən seçici barmağını kəsib.


Ekspress.az -ın məlumatına görə, 25 yaşlı Pavan Kumar Şikarpur şəhərində tərəfdarı olduğu partiyaya deyil, baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim partiyaya səs verib.


Nəticədə, həmin şəxs “günahını yumaq” üçün öz barmağını kəsib (Trend).


Qeyd edək ki, Hinistanda aprelin 11-də parlament seçkiləri başlayıb. 900 milyonadək seçicinin iştirak etdiyi seçkilər 7 mərhələdə keçirilir.


Ekspress.az