• 13 °C Bakı
  • 8 °C Quba
  • 11 °C Gəncə
  • 7 °C Yevlax
  • 6 °C Naxçıvan

Ötən il yanğın hadisələri 4 faiz artıb - 83 nəfər ölüb

12.02.2019 13:25
110
Ötən il yanğın hadisələri 4 faiz artıb - 83 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkədə 2210 yanğın hadisəsi qeydə alınıb. Bu da 2017-ci ilin göstəricisindən 4 faiz çoxdur.


Ekspress.az xəbər verir ki, yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olub, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olub və 15,8 milyon manat məbləğində maddi ziyan vurulub.

 

Ötən il qeydə alınan yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insanın sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş verib.


Ötən il ərzində qeydə alınan yanğınların 70,7 faizi yaşayış, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2 faizi istehsal obyektlərində, 0,5 faizi anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş verib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND