AzTV-də daha bir kadr dəyişikliyi oldu - İTV-dən TRANSFER

29.01.2019 15:22
322
AzTV-də daha bir kadr dəyişikliyi oldu - İTV-dən TRANSFER



“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.


Ekspress.az xəbər verir ki, İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abbdullayevin I müavini təyin edilib.


İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım "modern.az" saytına məlumatı təsdiqləyib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND