• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Polis oğlu yol qəzasında öldü- VİDEO

10.10.2018 13:33
42
Polis oğlu yol qəzasında öldü- VİDEO

 Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az "report.az"a istinadən xəbər verir ki, Sumqayıt -Abşeron bürosunun məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. 


Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.


Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. 


Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.


Faktla bağlı araşdırma aparılır.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND