Ərdoğan son nöqtəni qoydu: ABŞ-a sərt mesaj

13.06.2019 11:28
69
Ərdoğan son nöqtəni qoydu: ABŞ-a sərt mesaj


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükünün iyulda baş tutacağını bəyan edib.


Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.


“Mən demirəm ki, Türkiyə S-400 kompleksləri alır. Mən deyirəm ki, Türkiyə artıq onları alıb və bu iş yekunlaşıb. Onların tədarükü gələn ay gerçəkləşəcək”, - deyə türkiyəli dövlət başçısı bildirib.


O əlavə edib ki, Ankara ölkənin müdafiəsi üçün kimlərdənsə icazə almaq niyyətində deyil (oxu.az).


“Biz ABŞ-dan bizə öz sistemlərini satmağı istədik, onlar isə bizə rədd cavabı verdilər”, - deyə Ərdoğan vurğulayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND