Gənc güləşçilərə antidopinq seminarı keçirilib

06.12.2018 09:48
26
Gənc güləşçilərə antidopinq seminarı keçirilib


Dünən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə gənc güləşçilərlə seminar keçirilib. Azərbaycan güləş Federasiyasından (AGF) aldığımız məlumata görə, Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə AMADA-nın təhsil və təlim işləri üzrə meneceri Lalə Hacıyeva və Terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev gənc pəhləvanlara dopinqlə bağlı qayda pozuntuları, qadağan olunmuş maddələr və üsullar, yasaq preparatların siyahısı və bayqa bu kimi məsələlər haqqında ətraflı məlumat verilib. Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə də idmançıları tanış edib

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND