III Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı açıqlanıb

22.06.2019 13:12
62
III Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı açıqlanıb

2023-cü ildə III Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.


Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi “Twitter” səhifəsində yerləşdirilən xəbərə əsasən yarışa yeganə namizəd - Polşanın Krakov şəhəri ev sahibliyi edəcək. Bununla bağlı qərar Belarusun paytaxtı Minskdə 50 Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirak etdiyi EOC-un Baş Assambleyasında açıq səsvermə yolu ilə qəbul olunub (report).


Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutub. II Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək. Turnir dörd ildən bir keçirilir.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND