Sabiq DYP rəisinin VƏZİFƏSİ KİÇİLDİLDİ

19.09.2019 15:45
73
Sabiq DYP rəisinin VƏZİFƏSİ KİÇİLDİLDİ

Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib.


Ekspress.az apa-ya istinadən xəbər verir ki, C.Hənifəyev Nərimanov Rayon Polis İdarəsinin Təşkilati-İnspektor qrupunun inspektoru vəzifəsinə təyinat alıb.


Qeyd edək ki, C.Hənifəyev bu ilin fevralında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən azad edilərək sərəncama götürülüb.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND