Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

21.01.2019 16:13
166
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

Azərbaycanın Avropa Şurasl Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.

Ekspress.az-ın xəbərinə görə, nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev “Report”a bildirib ki, eyni zamanda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən vitse-perzidebti seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir. 

Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-ə kimi davam edəcək.


Ekspress.az 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND