Tə­mir bit­di, prob­lem­lər tü­kən­mə­di

19.12.2018 19:02
212
Tə­mir bit­di, prob­lem­lər tü­kən­mə­di

Ba­bək pros­pek­tin­də tə­mir ye­kun­laş­dı. Am­ma nol­sun, prob­lem­lər ki bit­mə­di...


"Ba­bək"in "ca­nı" tə­mir­dən qur­tar­dı. Am­ma pros­pekt­də çox cid­di prob­lem­lər hə­lə də qal­maq­da­dır. Be­lə ki, pay­tax­tın ən bö­yük pros­pekt­lə­rin­dən sa­yı­lan Ba­bək pros­pek­tin­də ge­ri­yə­dön­mə yer­lə­rin­də in­san­la­rın üz­ləş­di­yi prob­lem həl­li­ni tam tap­ma­yıb. Azər­bay­can Av­to­mo­bil Yol­la­rı Döv­lət Agent­li­yi­nin ge­ri­yə­dön­mə yer­lə­ri­nə plas­tik di­rək­lər bas­dır­ma­sı sü­rü­cü­lə­rə cid­di prob­lem­lər ya­ra­dır­dı. Yük ma­şın­la­rı və av­to­bus­la­rın Ba­bək pros­pek­tin­də ge­ri­yə dön­mə­si cə­hən­nəm əza­bı idi. Sü­rü­cü ma­şı­nı gə­rək bir ne­çə də­fə irə­li-ge­ri sü­rə, ya da plas­tik di­rək­lə­ri ba­sıb ke­çəy­di. Me­dia yaz­dı, gu­ya təd­bir gö­rül­dü, plas­tik di­rək­lər sö­kül­dü, düz xətt çə­kil­di. İn­di də ora­da ge­ri­yə­dön­mə ma­nev­ri edən sü­rü­cü­lər cə­ri­mə­lə­nir­lər.


Pros­pekt­də pi­ya­da ke­çid­lə­ri­nin ol­ma­ma­sı da cid­di prob­lem­lər­dən­dir. Əv­vəl­lər bir ne­çə yer­də "zeb­ra", bə­zi nöq­tə­lər­də sve­to­for­la ni­zam­la­nan ke­çid­lər qo­yul­sa da, tə­mir­dən son­ra bun­lar "yad­dan çı­xıb". Da­ha doğ­ru­su, AAY­DA-nın əmək­daş­la­rı bil­di­rib­lər ki, ke­çid­lə­ri qoy­ma­ğa pul qal­ma­yıb. De­yi­lən­lə­rə gö­rə, ha­zır­da Ba­kı Nəq­liy­yat Agent­li­yi­nin əmək­daş­la­rı Ba­bək pros­pek­tin­də pi­ya­da ke­çid­lə­ri­nin qo­yul­ma­sı üçün AAY­DA ilə da­nı­şıq­lar apa­rır ("av­tos­fer.az").


Ba­kı şə­hər Döv­lət Yol Po­li­si İda­rə­si de­yir ki, bəs Agent­lik bu iş­lə­ri gö­rən­də BNA və DYP ilə ra­zı­laş­dı­rıl­ma­lı ol­du­ğu hal­da, bu əmək­daş­lıq ol­ma­yıb. Söz gə­zir ki, agent­lik heç BNA və DYP-nin tək­lif­lə­ri­ni nə­zə­rə al­ma­yıb.


Ba­kı Şə­hər DYPİ-nin böl­mə rəi­si, pol­kov­nik Va­qif Əsə­dov "Ba­bək"də apa­rı­lan tə­mir iş­lə­ri­nin key­fiy­yət­li ol­du­ğu­nu de­sə də, bir sü­rü­cü və əra­zi­də ya­şa­yan sa­kin ki­mi de­yir ki, gə­lə­cək­də pros­pekt­də ye­ni­dən prob­lem­lər ola­caq, tı­xac ya­ra­na­caq. "Həm ge­ri­yə­dön­mə yer­lə­rin­də ya­şa­nan və­ziy­yət, həm də pi­ya­da ke­çid­lə­ri­nin ol­ma­ma­sı mü­əy­yən prob­lem­lər ya­ra­da­caq və ar­tıq ya­ra­dır da. Dü­şü­nü­rəm ki, bu prob­lem­lə­ri də həll et­mək yax­şı olar­dı. Yol po­li­si ilə məs­lə­hət­ləş­mə apar­say­dı­lar, da­ha fay­da­lı iş gör­mək müm­kün olar­dı".


AAY­DA isə BŞDYPİ-nin irad­la­rıy­la ra­zı­laş­mır. Agent­li­yin ic­ti­ma­iy­yət­lə əla­qə­lər şö­bə­si­nin rəi­si Anar Nə­cəf­li "Ba­ku­Post"a de­yib ki, hər bir nəq­liy­yat va­si­tə­si­nin, hər bir sü­rü­cü­nün ora­dan dö­nə bil­mə­si üçün ge­ri­yə­dön­mə yer­lə­rin­dən siq­nal di­rək­lə­ri yı­ğış­dı­rı­lıb. Pi­ya­da zo­laq­la­rı­na gə­lin­cə, hər han­sı yol­da tə­mir iş­lə­ri apa­rı­lar­kən ora­da xət­lən­mə, yol ni­şan­la­rı­nın qu­raş­dı­rıl­ma­sı, pi­ya­da zo­laq­la­rı­nın çə­kil­mə­si iş­lə­ri nə­zər­də tu­tu­lub­sa, bu, bir­ba­şa BNA-nın işi­dir. Nə­cəf­li mə­sə­lə­ni ic­ti­mai­ləş­di­rən Əsə­do­vu mə­lu­mat­sız­lıq­da it­ti­ham edib: "Əgər Va­qif Əsə­dov doğ­ru­dan da be­lə bir açıq­la­ma ve­rir­sə, de­mə­li, la­yi­hə­dən xə­bə­ri ol­ma­yıb. Ne­cə ola bi­lər ki, la­yi­hə iş­lə­nil­sin, yol po­li­si­nin xə­bə­ri ol­ma­sın ki, han­sı­sa əra­zi­də ge­ri­yə­dön­mə, ya­xud yol ni­şa­nı ola­caq?! Bu, müm­kün de­yil".


V.Əsə­do­vun bu­ra­da nöq­san ol­ma­sı ba­rə­də de­dik­lə­ri­nə gə­lin­cə, A.Nə­cəf­li de­yir ki, nöq­san var idi­sə, yol po­li­si vax­tın­da aş­kar­la­ya­raq mə­lu­mat ve­rə bi­lər­di.


Nə­sə, Ba­bək pros­pek­tin­də­ki tə­mir iki qu­ru­mu üz-üzə qoy­du. "Ba­bək"in bəx­ti tə­mir­də də gə­tir­mə­di...