Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayıb


02.03.2019 16:53
255
Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayıb

“Türkiyə ABŞ-ın terrorçu PKK qruplaşması ilə bağlı qərarını alqışlayır”.


Ekspress.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.


“ABŞ Dövlət Departamenti 1997-ci ildə terror qruplaşması kimi tanıdıqları PKK-nın xarici terror təşkilatları siyahısında qalacağını bəyan edib. Dövlət Departamentinin açıqlamasında PKK-ya qarşı mübarizənin qərarlı formada davam edəcəyi vurğulanıb. Biz də bunu alqışlayırıq. Müttəfiqimiz ABŞ-dan eyni yanaşmanı PKK-nın bölgədəki qolları olan YPG-PYD qruplaşmalarına qarşı da göstərməsini gözləyirik”, - XİN rəsmisi deyib (report).


Qeyd edək ki, ABŞ Dövlət Departamentinin martın 1-də yaydığı bəyanatda PKK-nın terrorçu qruplaşmalar siyahısında qalacağı bildirilib.


Ekspress.az

Açar sözlər: