Neft-qaz layihələrindən gəlirimiz 141 milyard dollara çatıb 

09.01.2019 09:39
199
Neft-qaz layihələrindən gəlirimiz 141 milyard dollara çatıb 



2001-ci ildən 2019-cu ilə qədər "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 138 milyard 206 milyon dollara çatıb.


Azərbaycan Dövlət Neft Fondundan Ekspress.az-a verilən məlumata əsasən, AÇG yatağından 2018-ci il ərzində 9 milyard 720 milyon dollar gəlir əldə edilib. Ötən il "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 245 milyon dollar təşkil edib.

 

2007-ci ildən bəri "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər də artıb. Fond bildirir ki, ötən müddətdə gəlirlər 2 milyard 506 milyon dollara çatıb.​


 Beləliklə, neft və qaz layihələrindən Fonda daxil olan vəsait 141 milyard dollara çatıb

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND