Özünü atdı, öncə "ƏLVİDA" dedi, gödəkcəni çıxardı - 18 yaşlı Şahin haqqında


28.05.2019 11:40
227
Özünü atdı, öncə "ƏLVİDA" dedi, gödəkcəni çıxardı - 18 yaşlı Şahin haqqında

Nizami rayon istintaq orqanlarının sözlərinə görə, qarşılıqsız sevgi gənc oğlanı intihara sövq edib.


Ekspress.az xəbər verir ki, bu barədə Nizami rayon Prokukorluğundan məlumat verilib.


Xatırladaq ki, 26 may 11:30 radələrində Qara Qarayev prospektində yerləşən 16 mərtəbəli yaşayış evinin doqquzuncu mərtəbəsinin eyvanından Şirvan sakini 18 yaşlı Şahin Hafiz oğlu Hüseynov özünü atıb.


Son dəfə qonaq etdiyi əmisi oğlunun bildirdiyinə görə, intihara səbəb qıza olan sevgisidir. O, aralarında intihardan bir neçə dəqiqə əvvəl oğlanın narahatlıqları barədə danışıq olduğunu bildirib. Qardaşı ona hər şeyi ürəyinə yaxın qəbul etməməyi və ağılsızlıq etməməyi bildirib və digər otağa keçib. Ş.Hüseynov az sonra “Əlvida” deyə qışqırıb və pəncərədən özünü atıb.


Ş.Hüseynovun kompüter proqramları üzrə müəllimi Pərviz Əkbərov bildirib ki, gənc, xəbərlərdə yazıldığı kimi, Bakıda fəhlə işləmirdi, Bakıda qonaq idi.


Onun sözlərinə görə, intihar vaxtı onun yanında atasının bacısı oğlu olub. Ş.Hüseynov pəncərənin ağzına oturub, gödəkçəsini çıxarıb, sağollaşıb və özünü aşağıya atıb.


“Şahini balaca vaxtından tanıyırdım, gözümün qabağında böyüyüb. Həmişə hündürlükdən qorxurdu. Ona görə də inanmıram ki, o, intihar etsin. Buna onun doğmaları da inanmır (Oxu.az). O, həyatı sevirdi. Dünən yasda idim, orada onun yaxınlarını gördüm. Ölməmişdən əvvəl evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib” - müəllimi deyir.


Hazırda faktla bağlı araşdırmalar davam edir. Məlumatlara görə, nəticə bunun intihar olduğunu sübut edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND