“Sevilya” "Ateltiko Madrid"lə sülh bağladı

06.01.2019 21:10
201
“Sevilya” "Ateltiko Madrid"lə sülh bağladı

Futbol üzrə İspaniya çempionatının 18-ci turunda “Sevilya” öz meydanında “Atletiko Madrid”i qonaq edib.

 

Ekspress.az xəbər verir ki, hakim Antonio Mateunun idarə etdiyi oyunda hesabı öncə ev sahibi açıb. 37-ci dəqiqədə “Sevilya”nın heyətində Vissam Ben Yedder fərqlənib.

 

45-ci dəqiqədə “Atletiko”nun fransız oyunçusu A.Qrizman hesabda tarazlıq yaradıb. 1-1.

 

Matçın ikinci hissəsində komandalar nə qədər çalışsalar da qapılardan top keçirə bilməyiblər.


Gərgin idman mübarizəsi şəraitində keçən oyunda hakim oyunçulara 9 sarı vərəqə göstərib.


Qeyd edək ki, bu nəticə ilə hər iki komanda turnir cədvəlində əvvəlki mövqeyində qalıb.

“Atletiko Madrid” 35 xalla ikinci, “Sevilya” isə 33 xalla üçüncü sıradadır.


La Lİqaya 37 xalla "Barselona" başçılıq edir.

 

AQİL

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND