Çempionlar Liqasında 8 oyun keçiriləcək - BU GECƏ 

11.12.2018 19:01
296
Çempionlar Liqasında 8 oyun keçiriləcək - BU GECƏ 

Bu gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunlarına start veriləcək.


Ekspress.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:55-də Türkiyə təmsilçisi "Qalatasaray” İstanbulda Portuqaliyanın "Portu” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.


D qrupunun digər matçı da saat 21:55-də Almaniyada "Şalke” və "Lokomotiv” (Rusiya) arasında baş tutacaq.


Turun maraqla gözlənilən oyunlarından biri "Kamp-Nou"da keçiriləcək. "Barselona" öz meydanında İngiltərənin "Totenhem" klubu ilə qarşılaşacaq.


B qrupunun digər oyunu isə İtaliyada keçiriləcək. "İnter" öz meydanında Hollandiyanın "PSV" komandası ilə üz-üzə gələcək.


"Liverpul” (İngiltərə) və "Napoli” (İtaliya) qarşılaşması da günün maraqla gözlənilən oyunudur.


C qrupunun digər matçında Paris klubu "PSJ" Serbiyada "Srvena Zvezda”nın qonağı olacaq.


Turun digər oyunlarında A qrupunda “Brügge” (Belçika) “Atletiko Madrid”i (İspaniya), “Monako” isə (Fransa) “Borussiya Dortmunt”u (Almaniya) qəbul edəcək.


Qeyd edək ki, A, B və C qrupunda qarşılaşmalar Bakı vaxtilə saat 00:00-da baş tutacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND