Gül suyu dəri problemlərini aradan qaldırır

31.12.2018 18:42
155
Gül suyu dəri problemlərini aradan qaldırır

Gül suyu üz üçün faydalı olan təbii vasitələrdən sayılır.


Ekspress.az "Azərtac"a istinadla xəbər verir ki, dəri yaşlaşmasının qarşısının alınmasında, alt qatlara daxil olaraq oradakı piy və çirki təmizləməkdə onun müstəsna əhəmiyyəti var. O, pilinqdən sonra üzdəki gərginliyi, quruluğu və qaşıntını aradan qaldırır, üzdə yaranmış qızartını götürür, simanı canlı və parlaq göstərir.


Gül suyu üzdəki civzələri aradan qaldırır. Makiyajdan əvvəl üzə vurulması simanın daha təbii və qüsursuz görünməsini təmin edir, gözaltı torbaları və şişkinliyi aradan qaldırır.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND