MiQ 29 - la bağlı hərbi ekspert - "Bütün dünyada belə hadisələr baş verir"

22.08.2019 12:57
84
MiQ 29 - la bağlı hərbi ekspert - "Bütün dünyada belə hadisələr baş verir"

Xəbər verdiyimiz kimi təlim-məşq uçuşları zamanı MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. Bu gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə qəzaya səbəb təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşması olub. Toqquşma nəticəsində pilot xəsarət alıb.


“Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.


Ekspress.az bununla bağlı hərbi ekspert Ramil Məmmədli bildirib ki, təyyarələrin quş dəstəsi ilə toqquşması nəticəsində qəzaların baş verməsi hadisələri dəfələrlə olub: " Amma quş dəstələrin həmin saatlarda qeyd edilən ərazidə olub-olmamasını araşdırmaq lazımdır.


Hesab edirəm ki, bu hadisədə quş dəstəsi hadisənin bir hissəsi ola bilər. Çünki Müdafiə Nazirliyinin bəyanatında həm də yad cism də qeyd edilib. Amma, ümumillikdə dünyada belə bir hadisələr baş verib. Araşdırsanız görərsiniz ki, dünyada quşla toqquşan təyyarə müqavimətini itirir. Vəziyyətdən çıxış yolu olmadıqda bu cür qəzalar baş verir. Müdafiə Nazirliyi qəza ilə bağlı ətraflı araşdırma aparır. Ekspertizanın tam rəyi açıqlanacaq. Kənar müdaxilənin olub-olmamasına aydınlıq gətiriləcək". 


"Bütün dünyada belə hadisələr baş verir" - Hərbi ekspert təyyarə qəzasından danışdı

(big)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND