Bu universitetlərdə dərslər dayandırılır - “Formula 1”ə görə


25.04.2019 17:45
214
Bu universitetlərdə dərslər dayandırılır - “Formula 1”ə görə

Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah bəzi universitetlərdə dərslər dayandırılacaq.


Ekspress.az məlumat verir ki, yarışların keçiriləcəyi ərazidə yerləşən təhsil müəssisələrində cümə günü dərs olmayacaq. 


Artıq Azərbaycan Pedoqoji Universitetinin və Qərbi Kaspi Universitetinin tələblərinə sabah dərsə gəlməmələri barədə tapşırıq verilib (azvision). 

Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək. 


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND