Ermənistanda əsgərlər qiyama cəhd edib

23.03.2019 16:53
113
Ermənistanda əsgərlər qiyama cəhd edib

Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.


Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.


A.Ovannisyan qeyd edib:


"Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər (trend). Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar".


O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.


Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND