Pompeo:"ABŞ Camal Qaşıqçının qətlini ört-basdır etməyə çalışmır"

12.02.2019 10:18
157
 Pompeo:"ABŞ Camal Qaşıqçının qətlini ört-basdır etməyə çalışmır"

“Prezident Donald Tramp administrasiyası səudiyyəli jurnalist Camal Qaşıqçının qətlini ört-basdır etməyə çalışmır”. Bunu ABŞ-ın baş diplomatı deyir.


Ekspress.az -ın məlumatına görə, Dövlət katibi Mayk Pompeo fevralın 11-də Macarıstana səfəri zamanı jurnalistlərin suallarını cavablandııb.


Bu iddiaları demokrat və respublikaçı konqresmenlər səsləndirib. Onlar Tramp administrasiyasının jurnalistin ölümünə görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirmıli olan hesabatı Konqresə göndərməməsinə diqqət çəkirlər.

Ötən il 20-dək respublikaçı və demokrat senator Xaşuqcinin qətlini araşdırmağa, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu qətlə görə məsuliyyətinin olub-olmamasını təyin etməyə çağırıb.


Bu təhqiqatın Qlobal Maqnitski Aktı çərçivəsində aparılması istənilib. Prezidentdən tələb olunub ki, fevralın 8-dək senatın Xarici əlaqələr komitəsinə hesabat təqdim etsin (azadlıq radiosu). Pompeo senat komitəsində aparıcı demokrat Bob Menendezə məktubunda yazıb ki, Tramp jurnalistin ölümünün dərhal araşdırılmasını istəyib.


“The Washington Post” qəzetinin köşə yazarı olan Xaşuqci Səudiyyənin kral ailəsinin tənqidçisi idi. O, oktyabrda Səudiyyənin İstanbuldakı konsulluğuna qətlə yetirilib. “Amerika qətli ört-basdır eləmir”, – Pompeo deyib.

Xaşuqcinin yaşadığı Virciniya ştatından demokrat senator Tim Kaine Tramp administrasiyasını suçlamışdı:

“Amerika heç vaxt mənəvi iflasın bu səviyyəsinə enməməlidir. Konqres Səudiyyə Ərəbistanının bu dəhşətli cinayətə görə mühakimə olunması yönündə cəhdlərini yumşaltmayacaq”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND