"3 dil bilən bu şəxs 40 ildir mağarada yaşayır - FOTO


12.01.2019 14:25
94
"3 dil bilən bu şəxs 40 ildir mağarada yaşayır - FOTO


Türkiyənin Balıkesir şəhərində 40 ildir mağarada yaşayan bir kişinin görüntüləri gündəmə gəlib.


Ekspress.az "musavat.com"a istinadla xəbər verir ki, bir müddət Brüsseldə yaşayan və 3 xarici dil bilən bu şəxs Türkiyənin yeni idarəçilik sistemindən, Rəcəb Tayyip Ərdoğanın prezident olmasından belə xəbərsizdir.


Kənd camaatı Gündüz adlı bu kişiyə doğum günü hədiyyəsi verməyi qərarına gəlib. Onlar qar altında yaşayan bu şəxs üçün tort və hədiyyə alaraq yanına gediblər.


O kəndlilərlə söhbətində bunları deyib: “Mənim bildiyimə görə, Ərdoğan baş nazir idi. İndi prezident olub, eləmi? Eyni ilə ABŞ dövləti sistemi kimidirmi bizdə də?”.


Ad gününün qarlı havada olduğunu xatırlayan Gündüz bu haqda da maraqlı söhbət edib: “Mən dünyaya gələli 70 il olub. Mən şəhər üsulu ad günləri keçirməyi bilmirəm. Dəli adamam mən”.


Sakinlərin israrına rəğmən o şəhərə də gəlmək istəmədiyini mağarada yaşayıb elə orada da can verəcəyini bildirib.

AW593177_07

AW593177_06

AW593177_05

AW593177_01

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND