"Adı ilə böyüsün..." - VİDEOREPORTAJ


09.04.2019 14:56
233
"Adı ilə böyüsün..." - VİDEOREPORTAJ

"Mehriban mənim həm ilk uşağımdır, həm də Azərbaycanın 10 milyonuncu sakinidir. Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bizimlə görüşdü. Mən valideyn olaraq dövlətimizin başçısına və birinci xanıma təşəkkürümü bildirirəm. Bizə göstərdiyi diqqətə görə minnətdaram".


Ekspress.az xəbər verir ki,bunu açıqlamasında Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın anası Nigar Ocaqova deyib.


O, qürur hissi keçirdiyini bildirib.


Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova isə "Report"a deyib ki, N.Ocaqova aprelin 5-də mərkəzə daxil olub: "Aprelin 6-da saat 03:30-da uşağı dünyaya gəlib. Uşağın vəziyyəti kafidir. Bu gün körpənin peyvəndləri vurulacaq və evə yola salınacaq. Adı ilə böyüsün".


Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Dövlət başçısı 10 milyonuncu sakinin valideynlərinə mənzil hədiyyə edib və körpənin bank hesabına pul köçürüldüyünü deyib.



Ekspress.az