Hesablama Palatasının kollegiyasl toplaşıb

20.05.2019 17:36
92
Hesablama Palatasının kollegiyasl toplaşıb

Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.


Palatadan verilən məlumata əsasən, iclasda Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi üzərində inzibatçılığın təşkili vəziyyətinin müəyyənləşdirilməsinə dair auditor hesabatı və qurumun 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə olunub. 


Kollegiya iclasında auditor hesabatı və rəylər barədə qərar qəbul olunub, qərarların icrasını təmin etmək məqsədilə onların aidiyyəti qurumlara göndərilməsinə, Milli Məclisə müvafiq məlumatın təqdim olunmasına qərar verilib. İclasda həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı tövsiyə və qaydalar müzakirə olunaraq təsdiq edilib. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND