Qızılca təhlükəsi- Gürcüstanda 2100 nəfərdə aşkarlandı

05.03.2019 14:08
456
Qızılca təhlükəsi- Gürcüstanda 2100 nəfərdə aşkarlandı

Bu il Gürcüstanda 2 100-dən çox adamda qızılca xəstəliyi aşkarlanıb.


Ekspress.az -ın məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze deyib.


P,İmnadze qeyd edib ki, cari ildə qızılcadan 1 ölüm hadisəsi baş verib: “Gürcüstanda qızılca əleyhinə kifayət qədə peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar”.


O, ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub: "Ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb".


İmnadzenin sözlərinə görə, qrip virusunun yayılması aprel ayının ikinci yarısına qədər davam edəcək.


Ekspress.az