Bakıda reyd - 30-dan artıq sürücü saxlanıldı - FOTOLAR

13.12.2018 10:34
294
Bakıda reyd - 30-dan artıq sürücü saxlanıldı - FOTOLAR

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindənyol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.


Ekspress.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.


Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.


Ekspress.az

Açar sözlər: