Müddətsiz əmək müqaviləsi ilə işləmək üçün 1170 müəllim müsahibədə iştirak edib

25.04.2019 14:52
107
Müddətsiz əmək müqaviləsi ilə işləmək üçün 1170 müəllim müsahibədə iştirak edib

Ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb.


Təhsil Nazirliyindənverilən məlumata görə, 22-24 apreldə keçirilən müsahibələrə 1170 müəllim qatılıb.


Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.


Qeyd olunub ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND