Bədii Gimnastika üzrə Avropa çempionatında finala yüksələn komandalar bəllidir

18.05.2019 20:13
62
Bədii Gimnastika üzrə Avropa çempionatında finala yüksələn komandalar bəllidir


Bu gün Bakıda Milli Gimnastika Arenasında 5 lentlə qrup hərəkətlərində bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalına yüksələn komandalar məlum olub.


Finala Rusiya (21.225 bal), İsrail (20.350 bal), Belarus (18.950 bal), Ukrayna (18.450 bal), İtaliya (18.300 bal), İsveçrə (17.400 bal), Litva (17.325 bal), İspaniya (17.300 bal) yüksəliblər.

Azərbaycan komandası 17.300 bal nəticə ilə 9-cu yeri tutub və finala yüksələ bilməyib.


Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir (trend).

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.


Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND