ABŞ-da atışma - Ölənlər var


05.08.2019 09:00
73
ABŞ-da atışma - Ölənlər var

ABŞ-ın El-Paso şəhərində baş vermiş atışma zamanı altı nəfər meksikalı həlak olub.


Ekspress.az xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib.


Onun sözlərinə görə, hadisə nəticəsində daha yeddi meksikalı yaralanıb.

Xatırladaq ki, Amerikanın Texas və Ohayo ştatlarında baş vermiş kütləvi atışmalarda ümumilikdə 29 nəfər öldürülüb.


Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər həlak olub. Ohayo ştatının Deyton şəhərində təqribən gecə saat birdə barın yaxınlığında duran insanlara atəş açılıb, nəticədə 9 nəfər ölüb, 26 nəfər yaralanıb. (report)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND