Kreditlərin 3,6 faizi bank olmayan kredit təşkilatları tərəfindən verilib

20.05.2019 14:05
147
Kreditlərin 3,6 faizi bank olmayan kredit təşkilatları tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2019-cu il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13058,0 mln manat təşkil edib.


Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.


Ümumi kredit portfelinin 10439,7 milyon manatı və ya 79,9 faizi uzunmüddətli kreditlərin payına düşüb.


Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən ayrılıb (banker.az). Ötən ilin müvafiq dövründə isə kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.


Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1558 milyon manat olmuş və ümumi kredit portfelinin 11,9 faizini təşkil edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND