Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO

04.10.2019 16:45
138
Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO

Əslən azərbaycanlılardan ibarət "HammAli & Navai" duetinin iştirakçısı Nəvai Bəkirovun qazaxıstanlılara eşq elan etməsi ona baha başa gəlib.


Nəvai Bəkirov Qazaxıstanda konsert zamanı başından xəsarət alıb.


Müğənni "Instagram" hesabının hekayə bölümündə başına gələn xoşagəlməz hadisə barədə məlumat paylaşıb.


"Qazaxıstandan ayrıldıqda qazax xalqına olan sevgimi etiraf etdim və cavab olaraq başıma bir şey atıldı. Nəticədə isə başım partladı. Təşəkkür edirəm".


Müğənni bundan sonra bir daha Qazaxıstanda çıxış etməyəcəyini söyləyib.

Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navai (Nəvai Bəkirov) Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqi fəaliyyəti ilə məşğul olurlar.


Musiqiçilər məşhurluğu 2017-ci ildə əldə edib. Onların ilk hitləri olan "Pustite menya na tantspol" Rusiyanın ən çox dinlənilən 20 mahnısına daxil edilib. Duetin ən son hit mahnısı olan "Let Me On The Dance Floor" "YouTube"da 90 milyon baxış toplayıb.


Azərbaycanlı müğənni eşqini elan etdi, başını partlatdılar - FOTO

(big)


Ekspress.az

Açar sözlər: