Oqtay Əsədov Ukrayna prezidentinin andiçmə mərasimində iştirak edəcək

18.05.2019 19:16
61
Oqtay Əsədov Ukrayna prezidentinin andiçmə mərasimində iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.


Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenko öz “Twitter” səhifəsində məlumat verib.


Zelenskinin andiçmə mərasiminə həmçinin Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılacaq (ONA).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND