Di­as­por təş­ki­lat­la­rı­nın lob­bi qu­ru­cu­lu­ğu güc­lə­nir

25.10.2018 19:13
447
Di­as­por təş­ki­lat­la­rı­nın lob­bi qu­ru­cu­lu­ğu güc­lə­nir


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi ilə 2018-ci ilin bi­rin­ci ya­rı­sın­da lob­bi qu­ru­cu­lu­ğu sa­hə­sin­də bə­zi təb­dir­lər gö­rü­lüb. Bu məq­səd­lə dün­ya­nın nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­la­rı ilə, həm­çi­nin müx­tə­lif öl­kə­lə­rin par­la­ment­lə­rin­də və hö­ku­mət­lə­rin­də təm­sil olu­nan si­ya­sət adam­la­rı, ic­ti­mai xa­dim­lər və küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin nü­ma­yən­də­lə­ri ilə əla­qə­lə­rin qu­ru­lub, on­la­rın Azər­bay­ca­na sə­fər­lə­ri­nin təş­ki­li məq­sə­di­lə müx­tə­lif təd­bir­lər ke­çi­ri­lib.


Bu­nun­la ya­na­şı, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin rəh­bər­li­yi­nin və əmək­daş­la­rı­nın da xa­ri­ci öl­kə­lə­rə sə­fər­lə­ri çər­çi­və­sin­də lob­bi qu­ru­cu­lu­ğu sa­hə­sin­də bir sı­ra mü­hüm gö­rüş­lər baş tu­tub.

Ko­mi­tə­nin mə­lu­ma­tı­na əsa­sən, bi­rin­ci ya­rı­mil ər­zin­də, ümu­mi­lik­də, 12 təd­bir re­al­laş­dı­rı­lıb. Bu təd­bir­lər­dən bir ne­çə­si da­ha ma­raq­lı­dır.


2018-ci ilin fev­ra­lın 23-də İs­tan­bul­da Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın (TDƏŞ) nəz­din­də fəa­liy­yət gös­tə­rən di­as­por­la iş üz­rə Tə­mas qru­pu­nun IV ic­la­sı ke­çi­ri­lib. TDƏŞ Baş ka­ti­bi­nin müa­vi­ni Ömer Ko­ca­ma­nın sədr­li­yi ilə ke­çi­ri­lən top­lan­tı­da Tür­ki­yə Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti ya­nın­da Xa­ric­də Ya­şa­yan Türk­lər və Əq­ra­ba Top­lu­luk­la­rı De­par­ta­men­ti­nin rəh­bə­ri Meh­met Kö­se, Azər­bay­can Res­pub­li­ka­sı Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si Apa­ra­tı­nın rəh­bə­ri Nə­ri­man Qur­ba­nov, Qa­za­xıs­tan Mə­də­ni­yət və İd­man Na­zir­li­yi­nin Ko­mi­tə rəh­bə­ri­nin müa­vi­ni Galy­mzhan Mel­des­hev və Qır­ğı­zıs­ta­nın İs­tan­bul­da­kı Baş Kon­sul­lu­ğu­nun kon­su­lu Ti­lek Koz­ho­gu­lo­vun rəh­bər­li­yi­lə üzv öl­kə­lə­rin di­as­por­la iş üz­rə Tə­mas qru­pu­nun üzv­lə­ri iş­ti­rak edib. Top­lan­tı­da, "Türk Şu­ra­sı 2018-2019-cu il­lər üçün bir­gə fəa­liy­yət Pla­nı", "Türk Şu­ra­sı Türk­dil­li Di­as­po­run bir­gə Fəa­liy­yət Stra­te­gi­ya­sı", Tür­ki­yə­də ke­çi­ri­lə­cək TDƏŞ-ə üzv öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin II Fo­ru­mu­nun və üzv döv­lət­lə­rin di­as­por­la iş üz­rə na­zir­lik və qu­rum rəh­bər­lə­ri­nin II gö­rü­şü­nün ke­çi­ril­mə­si­nə ha­zır­lıq və di­gər mə­sə­lə­lər ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­lıb.


Dün­ya­da və re­gi­on­da cə­rə­yan edən ha­di­sə­lər fo­nun­da Tür­ki­yə və Azər­bay­can tə­rə­fi­nin "Türk Şu­ra­sı Türk­dil­li Di­as­po­run bir­gə Fəa­liy­yət Stra­te­gi­ya­sı" la­yi­hə­si ilə bağ­lı rəy və tək­lif­lər mü­za­ki­rə edi­lə­rək qə­bul olu­nub. Türk Şu­ra­sı­na üzv döv­lət­lə­rin di­as­por­la iş üz­rə na­zir­lik və qu­rum rəh­bər­lə­ri­nin II gö­rü­şü­nün Tür­ki­yə­nin ev sa­hib­li­yi ilə bu ilin ap­rel-may ay­la­rı ər­zin­də 11 ke­çi­ril­mə­si qə­ra­ra alı­nıb. Tə­rəf­lər ara­sın­da üzv döv­lət­lə­rə qar­şı qa­ra­yax­ma, mən­fi me­yil­lə­rə qar­şı xalq­la­rın ara­sın­da­kı bir­li­yi, xa­ric­də ya­şa­yan və­tən­daş­la­rı­mı­zın ara­sın­da­kı əla­qə­lə­ri güc­lən­dir­mək və or­taq də­yər­lə­ri­miz­lə bağ­lı maa­rif­lən­dir­mə apa­rıl­ma­sı məq­sə­di ilə TDƏŞ-ə üzv öl­kə­lə­rin di­as­por təş­ki­lat­la­rı rəh­bər­lə­ri­nin II Fo­ru­mu­nun 2018-ci ilin so­nu 2019-cu ilin əv­və­lin­də Tür­ki­yə­də ke­çi­ril­mə­si ilə bağ­lı ra­zı­lıq əl­də olu­nub. Top­lan­tı çər­çi­və­sin­də Türk­dil­li di­as­por­lar ara­sın­da əmək­daş­lıq və ko­or­di­na­si­ya­nın in­ki­şaf et­di­ril­mə­si məq­sə­di­lə Azər­bay­can tə­rə­fi­nin təc­rü­bə­sin­dən is­ti­fa­də edə­rək üzv döv­lət­lə­rin türk­dil­li di­as­por­la­rın məs­kun­laş­ma coğ­ra­fi­ya­sı­na uy­ğun ola­raq "Di­as­por At­la­sı­nın" ha­zır­lan­ma­sı qə­ra­ra alı­nıb.


2018-ci ilin ma­yın 6-da Var­şa­va­da Pol­şa­nın So­si­al Si­ya­sət Na­zir­li­yin­də Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si (AAK) və Pol­şa­da Azər­bay­can­lı Gənc­lə­ri Şu­ra­sı­nın (PAGŞ) təş­ki­lat­çı­lı­ğı ilə qi­tə­nin müx­tə­lif öl­kə­lə­rin­dən gə­lən azər­bay­can­lı­lar­la gö­rüş ke­çi­ri­lib. Na­zir­li­yin Miq­ra­si­ya De­par­ta­men­ti­nin rəh­bə­ri Maq­da­li­na Svek­lec ilə gö­rüş­də AAK pre­zi­den­ti Sa­hil Qa­sı­mov, PAGŞ səd­ri Na­il Əh­məd, AAK vit­se pre­zi­dent­lə­ri - Al­man-Azər­bay­can Mə­də­niy­yə­ti cə­miy­yə­ti­nin səd­ri Ya­şar Nif­tə­li­yev, Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si­nin səd­ri Röv­şən Ta­ğı­yev, AAK üzv­lə­ri - Fin­lan­di­yaA­zər­bay­can As­so­sia­si­ya­sı­nın həm­sədr­lə­ri Va­sif Mu­rad­lı və Ar­zu Mu­rad­lı, Be­ni­lüks Azər­bay­can­lı­la­rı Konq­re­si­nin səd­ri El­se­vər Məm­mə­dov, İs­veç­rə­də Azər­bay­ca­nın Dost­la­rı Bir­li­yi­nin səd­ri Ar­zu Əli­ye­va iş­ti­rak edib­lər. Na­zir­lik rəs­mi­si Pol­şa­dan Azər­bay­ca­na gə­lən tu­rist­lə­rin sa­yı­nın art­dı­ğı­nı da bil­di­rib. O qeyd edib ki, bu­na sə­bəb Azər­bay­ca­nın tət­biq et­di­yi elekt­ron vi­za sis­te­mi olub. Gö­rüş­də M. Svek­le­cə er­mə­ni­lər tə­rə­fin­dən tö­rə­di­lən Xo­ca­lı soy­qı­rı­mın­dan bəhs edən vi­deo və çap ma­te­ri­al­la­rı təq­dim olu­nub. Gö­rüş qar­şı­lıq­lı tək­lif­lə­rin mü­za­ki­rə­si ilə da­vam edib.


Ma­yın 23-27-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti Tür­ki­yə Res­pub­li­ka­sın­da iş­gü­zar sə­fər­də olub. Nü­ma­yən­də he­yə­ti əv­vəl­cə An­ka­ra­da­kı Hey­dər Əli­yev par­kı­nı zi­ya­rət edə­rək, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin abi­də­si önü­nə gül dəs­tə­lə­ri düz­müş, xa­ti­rə­si­ni eh­ti­ram­la yad edib. Ma­yın 23-də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun Tür­ki­yə Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Baş mü­şa­vi­ri Yal­çın Top­çu ilə gö­rü­şüb. Gö­rüş­də öl­kə ara­sın­da­kı əla­qə­lə­ri­nin çox şa­xə­li və stra­te­ci sə­viy­yə­də ol­du­ğu­nu qeyd olu­nub, ey­ni za­man­da bu gün türk dün­ya­sı­nın bir­ləş­mə­si­nə bö­yük eh­ti­yac ol­du­ğu və or­taq prob­lem­lə­ri­mi­zin həl­li və məq­səd­lə­ri­mi­zin re­al­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də bir­gə çı­xış et­mə­yin va­cib­li­yi vur­ğu­la­nıb. Ma­yın 23-də da­ha bir gö­rüş isə Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin spi­ke­ri İs­ma­yıl Qəh­rə­manl olub. Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin in­zi­ba­ti bi­na­sın­da baş tu­tan gö­rüş­də spi­ker İs­ma­yıl Qəh­rə­man Fu­ad Mu­ra­dov­la bir çox mə­sə­lə­lər­lə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rıb.

Fu­ad Mu­ra­dov Tür­ki­yə Pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan­la Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən iş­lə­rin iki öl­kə­nin gə­lə­cə­yi üçün bö­yük əhə­miy­yət kəsb et­di­yi­ni vur­ğu­la­yıb. F.Mu­ra­dov xalq­la­rı­mız ara­sın­da sülh və dost­luq kör­pü­lə­ri­nin ol­du­ğu­nu bil­di­rə­rək, bu kör­pü­lə­rin tə­mə­li­nin Ulu Ön­dər Hey­dər Əli­yev tə­rə­fin­dən atıl­dı­ğı­nı bir da­ha qeyd edib. Son­da F.Mu­ra­dov tə­rə­fin­dən İ.Qəh­rə­ma­na in­gi­lis di­lin­də nəşr edi­lən "Qa­ra­bağ" ki­ta­bı təq­dim edi­lib. Gö­rüş­də Azər­bay­ca­nın Tür­ki­yə Res­pub­li­ka­sın­da­kı sə­fi­ri Xə­zər İb­ra­him və Sə­fir­li­yin əmək­daş­la­rı, Tür­ki­yə və Azər­bay­can KİV təm­sil­çi­lə­ri iş­ti­rak edib­lər.


Qeyd edək ki, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov Türk Əmək­daş­lıq və Ko­or­di­na­si­ya Agent­li­yi­nin (Tİ­KA) səd­ri Sər­dar Çam ara­sın­da 23 may ta­ri­xin­də ke­çi­ri­lən 12 gö­rüş­də Azər­bay­can və Tür­ki­yə di­as­por­la­rı­nın fəa­liy­yə­ti, o cüm­lə­dən iki qu­rum ara­sın­da əmək­daş­lıq im­kan­la­rı ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.


İyu­nun 12-17-də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti Gür­cüs­ta­na sə­fər edib. Sə­fər müd­də­tin­də F. Mu­ra­dov Gür­cüs­tan Pat­ri­ar­xı II İl­ya, Xa­ri­ci iş­lər na­zi­ri Mi­xe­il Ca­ne­lid­ze, Mə­də­niy­yət və id­man na­zi­ri Mi­xa­il Gi­or­qad­ze, Di­ni Mə­sə­lə­lər üz­rə Döv­lət Agent­li­yi­nin səd­ri Za­za Va­şak­mad­ze, Təh­sil və elm na­zi­ri Mi­xa­il Çxen­ke­li, Gür­cüs­tan Par­la­men­ti­nin vit­se-spi­ke­ri Zvi­ad Dzid­zi­qu­ri (gö­rüş­də azər­bay­can­lı de­pu­tat­lar Sa­va­lan Mir­zə­yev, Rus­lan Ha­cı­yev və Ma­hir Dər­zi­yev də iş­ti­rak edib) və Ba­rı­şıq və və­tən­daş bə­ra­bər­li­yi na­zi­ri Ke­te­van Tsi­xe­laş­vi­li, həm­çi­nin azər­bay­can­lı­la­rın kom­pakt ya­şa­dı­ğı Gür­cüs­ta­nın Kve­mo Kart­li böl­gə­si­nin qu­ber­na­to­ru Qri­qol Nem­sad­ze ilə rəs­mi gö­rüş­lər ke­çi­ri­lib. Bu gö­rüş­lər­də Azər­bay­can-Gür­cüs­tan mü­na­si­bət­lə­ri­nin yük­sək sə­viy­yə­də ol­ma­sı qeyd olun­maq­la ya­na­şı, F.Mu­ra­dov tə­rə­fin­dən Gür­cüs­tan­da ya­şa­yan azər­bay­can­lı­la­rın müx­tə­lif prob­lem­lə­ri ilə bağ­lı mü­za­ki­rə­lər də apa­rı­lıb.


Əla­və edək ki, bü­tün öl­kə­lər­də olan di­as­po­ra təş­ki­lat­la­rı təd­ri­cən li­biç­çi­lik fəa­liy­yə­ti­ni güc­lən­di­rir. Bu­nu zə­ru­ri edən mə­qam­lar da­ha çox­dur. Di­as­po­ra təş­ki­lat­la­rı an­la­yır ki, ta­ri­xi və­tən­lə­ri ilə bağ­lı hə­qi­qət­lə­rin çat­dı­rıl­ma­sı, mə­də­ni ir­si­nin təb­li­ği iq­ti­sa­mə­tin­də atı­lan ad­dım­lar­la ki­fa­yət­lən­mək ol­maz. Çün­ki hə­qi­qət­lə­ri bil­mək hə­qi­qət­lə­rin eti­ra­fı an­la­mı­nı ver­mir. Hə­qi­qət­lə­ri ol­du­ğu ki­mi qə­bul edib, onu mü­da­fiə et­mək üçün si­ya­si dəs­tə­yə eh­ti­yac var. Si­ya­si dəs­tək üçün­sə hök­mən lob­bi dəs­tə­yi ol­ma­lı­dır. Təc­rü­bə gös­tə­rir ki, yal­nız lob­bi dəs­tə­yi­ni güc­lən­dir­mək­lə xa­ric­də ya­şa­yan in­san­lar ta­ri­xi və­tən­lə­ri­nin prob­lem­lə­ri­nin həl­li üçün ya­şa­dıq­la­rı öl­kə­nin döv­lət struk­tur­la­rı­nın dəs­tə­yi­ni ala bi­lib.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar da lob­bi­çi­lik fəa­liy­yə­ti­ni güc­lən­dir­mə­li­dir. Bu is­ti­qa­mət­də on­la­ra Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi də va­cib­dir.


Lob­bi qu­ru­cu­lu­ğun­da döv­lət və di­as­por bir­gə fəa­liy­yət gös­tər­mə­li­dir. Konk­ret ma­raq­la­rın mü­da­fiə­si işi­ni hə­ya­ta ke­çi­rən lob­bi­çi­lik di­as­por təş­ki­lat­la­rı və döv­lə­tin qar­şı­lıq­lı əmək­daş­lı­ğı əsa­sın­da for­ma­laş­ma­lı­dır. İn­di dün­ya­nın bir çox xalq­la­rı­nın lob­bi qu­ru­cu­lu­ğu sa­hə­sin­də bö­yük təc­rü­bə­si var və azər­bay­can­lı­lar bu təc­rü­bə­dən öz ma­raq­la­rı­mı­za uy­ğun for­ma­da fay­da­lan­ma­lı­dır.


Ar­tıq azər­bay­can­lı­la­rın bu sa­hə­də fəa­liy­yə­ti mü­şa­hi­də olu­nur və mü­əy­yən uğur­la­ra im­za atı­lıb. Konk­ret ola­raq, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi ilə hər il ke­çi­ri­lən Qlo­bal Ba­kı Fo­ru­mu lob­bi qu­ru­cu­lu­ğu is­ti­qa­mə­tin­də atı­lan ən uğur­lu ad­dım­lar­dan bi­ri­dir. Hər il bu fo­ru­ma top­la­şan on­lar­la, yüz­lər­lə sa­yı­lıb-se­çi­lən si­ya­sət­çi, ic­ti­mai xa­dim, elm ada­mı və di­gər nü­fuz­lu şəxs­lər Azər­bay­ca­nın təb­li­ğin­də və öl­kə­mi­zin ma­raq­la­rı­nın mü­da­fiə­sin­də bö­yük ro­la ma­lik­dir­lər.

Ar­dı­cıl və məq­səd­yön­lü təd­bir­lər sa­yə­sin­də xa­ric­də güc­lü Azər­bay­can lob­bi­si­nin for­ma­laş­dı­rıl­ma­sı­na na­il ol­maq müm­kün­dür. Bu­ra­da həm döv­lə­tin, həm də ki, xa­ric­də­ki di­as­por təş­ki­lat­la­rı­nın üzə­ri­nə çox bö­yük mə­su­liy­yət dü­şür.

 

Va­sif CƏ­FƏ­ROV

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi ilə çap olu­nur

  • SON XƏBƏR
  • TREND