Paşinyan Kremlin Qarabağ planını məhv etdi - Səfilyan


07.06.2019 15:03
140
Paşinyan Kremlin Qarabağ planını məhv etdi - Səfilyan

Ermənistanda olan “beşinci kolon”a Rusiya rəhbərlik edir.


Ekspress.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Sasna Srer Partiyasının rəhbəri Jirayr Səfilyan deyib. O, “beşinci kolon”un Qarabağda yerləşdiyini bildirib:


“Biz son aylar ərzində Kremldən fərlqi komissarların, emissarların yerlərdə lazımi fəaliyyətin yoxlanılması məqsədiylə gəldiyinə şahid oluruq. Onların missiyaları uğursuzluğa düçar olub. Qarabağın abxaziyalaşdırılması ilə bağlı bütün cəhdlər uğursuzluqla nəticələndi”.


Müsahibəsində Nikol Paşinyanı tərifləyən Səfilyan məhz onun sayəsində Kremlin Karen Karapetyanı hakimiyyətə gətirmək planının fiaskoya məruz qaldığını deyib. O, Kremlin Ermənistanda hakimiyyətin xalq nümayəndəsinə keçməsindən qorxduğunu bildirib:


“Beşinci kolon” çalışır ki, hakimiyyət uğursuzluğa düçar olsun. Onlar Nikol Paşinyandan qorxmurlar. Onlar dəyişikliyin xalqın öz iradəsini ifadə etməsi nəticəsində meydana gəlməsindən və bu rəhbərin uğur qazanacağı təqdirdə, inqilabın Rusiyaya çatmasından qorxurlar. Onların qarşısındakı hədəf bunu neytrallaşdırmaqdır. “Beşinci kolon”un qısamüddətli hədəfi Ermənistan və Qarabağda idarəolunan xaos yaratmaqdır” (axar.az).


O qeyd edib ki, İrəvan mümkün qədər Qarabağa müdaxilə etməli və və burada Sərkisyan rejiminin qalıqlarını təmizləməlidir.


Ekspress.az

Açar sözlər: