“UNİKLİNİKA”da ölüm hadisəsi: Yeniyetmə burun əməliyyatı zamanı...

14.08.2019 23:55
432
“UNİKLİNİKA”da ölüm hadisəsi: Yeniyetmə burun əməliyyatı zamanı...

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.


Ekspress.az xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.


Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən “Uniklinika””da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.


Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.


Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.


Xatırladaq ki, 2018-ci ilin martında “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.


Ekspress.az